ABŞ-da naməlum şəxs iki polis zabitini güllələyib.
Oxu.Az "Report"-a istinadən xəbər verir ki, hadisə Konnektikut ştatında, Nyu-Haven şəhərində baş verib.
Xəbərdə qeyd olunur ki, hazırda polis əməkdaşları ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açan cinayətkar arasında atışma gedir.
Yaralanan polislərin həyatı üçün təhlükə olmadığı, onların xəsarətinin yüngül olduğu bildirilir.
E.Ə.
www.oxu.az