Amerikanın Oqayo ştatının sakini 911 xidmətinə zəng edərək, arvadının ondan kokain oğurladığını bildirib.
Oxu.Az lenta.ru-ya istinadən xəbər verir ki, bundan sonra kişi həbs edilib.
Hadisə Alyans şəhərində baş verib. Mart ayının 4-də gecə vaxtı çağırılan polis kişidə marixuana aşkar ediblər. Həmçinin onun məhkəmə xərclərini ödəmədiyi üçün axtarışda olduğu müəyyən edilib.
39 yaşlı Robert Kollinz iki bənd üzrə 911 lazımi məqsədlə istifadə edilməməsi və narkotik saxladığına görə ittiham edilib.
Polisin Kollinzin oğurlanmasını bildirdiyi kokainin tapılması və buna görə onun arvadının məsuliyyətə cəlb edilməsi barədə məlumat yoxdur.
E.Ə.
www.oxu.az