ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində məktəbdə baş verən silahlı insident zamanı bir nəfər ölüb, daha dörd nəfər isə yaralanıb.
Oxu.Az-ın RİA Novosti nəşrinə istinadən məlumatına görə, atəş açan şəxs saxlanılıb, lakin onun kimliyi hələlik açıqlanmır.
Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, araşdırma aparılır.
S.B.
www.oxu.az