Nyu-Yorkun asayiş keşikçiləri aprelin 14-dən 15-nə keçən gecə polis zorakılığına qarşı nümayişlər zamanı asayişi pozma səbəbindən 34 nəfəri həbs ediblər, bu barədə The New York Times yerli polis idarəsinin nümayəndəsi Stiven Devisə istinadən bildirib.
Manifestçilər şəhər küçələrinə polislərin afroamerikalını qətlə yetirmələrinə etiraz əlaməti olaraq çıxıblar, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
Etiraz aksiyası Manhettenin əsas meydanlarından birində – Yunion-parkda başlayıb. Əvvəlcə aksiyada yalnız 400 nəfər iştirak edib, onlar Aşağı Manhetten polis idarəsinə istiqamətləniblər. Sonra isə Bruklin körpüsünə yollanan manifestçilər avtonəqliyyatın hərəkətinə maneə törədiblər.
Qəzet polislərə bir neçə hücum hallarından da xəbər verib.