ABŞ-ın Boston şəhərində sürücü avtomobili piyadaların üstünə sürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə iyulun 3-də, The Boston Globe qəzeti məlumat yayıb.
Nəşr bildirir ki, Loqan hava limanının yaxınlığında baş verən insident zamanı ən azı on nəfər xəsarət alıb.
Massaçusets ştatının polisi öz Twitter səhifəsində məlumatı təsdiqləyib.
Hadisəni törədən sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
S.B.
www.oxu.az