ABŞ-də ən azı 20 ştat immiqrasiya siyasəti ilə əlaqədar federal maliyyələşdirməni kəsməklə hədələdiyi üçün Prezident Donald Tramp administrasiyasını məhkəməyə verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" portalı məlumat verib.
"Bu, ştatları Trampın siyasətini həyata keçirməyə məcbur etmək üçün açıq-aşkar qeyri-qanuni cəhddir", - deyə portal Kaliforniyanın baş prokuroru Rob Bontdan sitat gətirib.
Portal xatırladıb ki, keçən ay Tramp federal agentliklərdən onun immiqrasiya siyasətinə əməl etməyən şəhərləri qeyd etməyi tələb edən sərəncamlar imzalayıb. Ağ Evin bildirdiyinə görə, belə şəhərlər federal maliyyələşdirmədən məhrum ola bilərlər. Qeyd edilir ki, söhbət təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, daşqından mühafizə, dəmir yollarının, körpülərin və hava limanlarının tikintisi üçün ayrılan vəsaitlərdən gedir.