Corciyadakı Fort Stüart hərbi bazasında atəş açan şəxsin ABŞ ordusunun çavuşu Quarnelius Radford olduğu müəyyən olunub, həlak olanlar da hərbçilərdir.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, bazadakı insident nəticəsində 5 nəfər ölüb, daha beş nəfər isə yaralanıb, onlardan ən azı ikisi xəstəxanaya aparılıb.
İnsidentin motivləri barədə hələlik məlumat verilmir.
ABŞ ordusunun Corciyadakı Fort Stüart hərbi obyektində silahlı insident baş verib.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, 5 nəfər ölüb.
Hərbi bazanın rəsmi "Facebook" hesabından edilən yazılı açıqlamada silahlı hücuma görə bazaya giriş-çıxışın bağlandığı qeyd edilib.
Fort Stüart bir neçə min əsgərin yerləşdiyi əsas ABŞ bazalarından biridir. Yanvar ayında bazada hərbi təlim zamanı iki əsgər həlak olub.