ABŞ-nin Qərbi Virciniya ştatı da Vaşinqtonda ictimai asayişi təmin etmək üçün Milli Qvardiya qoşunlarını göndərəcək.
Oxu.Az bu barədə "The New York Times" nəşrinə istinadla xəbər verir.
Qeyd olunub ki, Ohayo, Cənubi Karolina və Qərbi Virciniya ştatları paytaxtda ictimai asayişi təmin etmək üçün 700-ə yaxın hərbçisi göndərəcək.
Qəzetin yazdığına görə, Qərbi Virciniyanın qubernatoru Patrik Morris ABŞ-nin paytaxtına 300-dən 400-ə qədər, Ohayonun qubernatoru Mayk Devayn 150 hərbçi göndərəcəyini bildirib, Cənubi Karolinanın qubernatoru Henri Makmaster isə 200 Milli Qvardiya əsgərini göndərməyə dair söz verib.
Avqustun 11-də ABŞ Prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün paytaxta Milli Qvardiya hərbçilərinin yeridildiyini elan edib.
Cənubi Karolina və Ohayo ştatları ABŞ Prezidenti Donald Trampın paytaxtda "asayişin təsis edilməsi" haqqında sərəncamına dəstək üçün Milli Qvardiyanı Vaşinqtona göndəriblər.
Oxu.Az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ştatların qubernatorları bildiriblər.
"Qvardiyaçılar Kolumbiya dairəsində Trampın qanun və asayişin bərpasına dair fərmanına uyğun olaraq, federal hüquq-mühafizə orqanlarının fəaliyyətini dəstəkləyəcəklər", - deyə yerli hakimiyyət orqanlarının bəyanatında bildirilir.
Cənubi Karolinanın Vaşinqtona 200, Ohayo ştatının isə 150 hərbçi göndərdiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Tramp cinayətkarlığın tüğyan etməsinə görə, Vaşinqtonun dünyanın ən təhlükəli şəhərlərindən birinə çevrildiyini söyləyib.