ABŞ-nin Havay ştatında Kilauea vulkanı yenidən püskürməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
"Davam edən püskürmənin otuz birinci epizodu başlayıb", - deyə xidmətin saytında yerləşdirilən məlumatda bildirilir.
USGS qeyd edib ki, lava fəvvarələrinin hündürlüyü 30 metri keçib və şimal ventilyasiyasından püskürmə təkanlarla müşayiət olunub.