Havay adalarında Kilauea vulkanının rekord səviyyəli püskürməsi baş verib.
Oxu.Az bildirir ki, bu barədə Havay Vulkanoloji Rəsədxanasına istinadən "AP News" agentliyi məlumat yayıb.
Püskürmə sayına görə rekord göstərici iyunun 1-də qeydə alınıb. Bu hala 2024-cü ilin dekabrından bəri ilk dəfədir ki, rast gəlinir. Kilauea vulkanında bir püskürmə üçün rekord sayılan 48 fəvvarə epizodu rəsmiləşib.
Lava dağın zirvəsindəki kraterdə yerləşən eyni çıxışlardan xaric olub. Bununla belə, hazırkı püskürmə prosesinin bir neçə diqqətçəkən xüsusiyyəti var: onu yerli sakinlər və turistlər çox aydın müşahidə ediblər. Həmçinin, bu təbiət hadisəsi vulkanın zirvəsindəki topoqrafiyanı dəyişir. Bundan əlavə, lava fəvvarələri yaxınlıqdakı yaşayış məntəqələrinə də təsir göstərə bilər. Prosesin ardınca ərazidə tefra kimi tanınan vulkanik qırıntılar və kül qalır.