Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
ABŞ-də yeni terror aktları - Federal Təhqiqatlar Bürosu xəbərdarlıq etdi
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni Orleandakı faciəyə bənzər yeni terror aktlarının törədilməsi təhlükəsi barədə xəbərdarlıq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə qurumun bəyanatında məlumat verilib.
"Biz ictimaiyyətdən potensial hücumlara qarşı ayıq-sayıq qalmağı və hər hansı şübhəli fəaliyyət barədə hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edirik", - deyə sənəddə bildirilib.
FTB-nin məlumatına görə, ekstremist ideologiyaya malik şəxslərin avtomobillərdən istifadə edərək terror aktı törətmələri ehtimalı var.
Xatırladaq ki, Yeni il gecəsi Nyu-Orlean şəhərinin mərkəzindəki Burbon-strit küçəsində təxminən gecə saat 3 radələrində avtomobil izdihamın üzərinə doğru hərəkət edib. Cinayətkar polis əməkdaşlarına atəş açmağa başlayıb və cavab atəşi ilə məhv edilib. Son məlumatlara görə, hadisə zamanı 30-dan çox insan xəsarət alıb. On nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Yeni il ərəfəsində şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilsə də, bu, baş verən terror aktının qarşısını ala bilməyib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- XİN sözçüsü ABŞ səfirliyinə cavab verib
- Tramp Kaliforniyada meşə yanğınlarının vurduğu ziyanı nüvə zərbəsi ilə müqayisə etdi
- Ben Afflekin evinin yerləşdiyi məhəllə külə döndü: Qızı ilə kədərini paylaşdığı anlar görüntüləndi
- Kaliforniyada böyük yanğın: Hansı səbəblərdən baş verib?
- ABŞ NATO-dan çıxacaq?
Rəylər