ABŞ-nin Virciniya ştatında yenot spirtli içki məhsullarının satıldığı mağazaya soxulub və bir neçə şüşənin içindəkinin dadına baxdıqdan sonra oraları darmadağın edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "New York Post" nəşri yazıb.
Heyvanlara nəzarət üzrə xidmətin əməkdaşı Samanta Martinin sözlərinə görə, heyvan, böyük ehtimal, tavandan yıxılaraq mağazaya düşüb.
O, yenotu tualetin yaxınlığında "sərxoş" halda yatarkən tapdığını və sonra onu veterinara apardığını bildirib.
"Bir neçə saat yatdıqdan və zədə əlamətləri aşkar edilmədikdən sonra o, təhlükəsiz şəkildə yenidən vəhşi təbiətə buraxılıb", - deyə yerli hakimiyyət orqanları qeyd ediblər.
Onlar həmçinin Martinə vəziyyətdən peşəkarcasına çıxdığına görə təşəkkür ediblər.