ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı dəniz blokadasının bərpa olunduğunu elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilir.
"ABŞ qüvvələri bu gün, ABŞ-nin Şərq sahili vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə 15 iyul, saat 00:00 - red.) İran limanlarına və sahil zonalarına gedən, habelə oradan ayrılan gəmilərin dəniz blokadasını bərpa edib. Əməliyyata Yaxın Şərqdəki ABŞ Hərbi Dəniz Qüvvələrinin 20-dən çox gəmisi və yüzlərlə hərbi təyyarəsi cəlb olunub", - deyə məlumatda qeyd olunub.