ABŞ-ın bir sıra şəhərlərində polislərin özbaşınalığına qarşı etiraz aksiyası keçirilib, bunu Reuters bildirib.
Oxu.Az “Qazeta”ya istinadən xəbər verir ki, iki gün öncə Baltimorda iğtişaşlardan sonra aksiya dinc yolla başa çatıb. Bu ərazidə asayişi ABŞ-ın milli qvardiyasının 3000-dən çox əsgəri qoruyur.
Polis zorakılığına qarşı aksiyalar Boston, Ferqüsson, Missuri, Vaşinqton, Denverdə və Siettldə keçirilib.
Nyu-Yorkda polislər, Manhettenə gedən yolu kəsməyə çalışan 60 nəfərdən çox insanı həbs ediblər.