ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib.
Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.
O bildirib ki, İran hökuməti gözləmə mövqeyi tutduğu üçün hələlik ABŞ tərəfinin təkliflərindən imtina edir.
"Onlar aralıq seçkisində özümü necə göstərəcəyimi gözləyirlər. Ancaq anlamırlar ki, mən namizədliyimi irəli sürmürəm. Mən artıq bunu etmişəm və inamlı qələbə qazanmışam", - deyə Donald Tramp BMT Baş Assambleyasında çıxışı zamanı bildirib.
Tramp vurğulayıb ki, dövlət başçısı postunda "dərhal İranla danışıqlara başlayıb" və onlara "nüvə proqramını dayandırmaq, habelə terrora dəstəyi kəsmək müqabilində tammiqyaslı iqtisadi əməkdaşlıq" təklif edib, lakin qarşı tərəf imtina edib.
Bununla bərabər, ABŞ Prezidenti növbəti dəfə onların saziş təklifini rədd etməyəcəklərinə əminliyini ifadə edib.