"Sabahkı oyunda qələbə qazanıb, xalqımızı sevindirmək istəyirik".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan millisinin Tacikistanla keçirəcəyi yoldaşlıq oyunundan əvvəl millimizin müdafiəçisi Rəhman Daşdəmirov deyib.
O bildirib ki, bu matça komanda olaraq yüksək əhvali-ruhiyyədə hazırlaşırlar:
"Rəqibi analiz etmişik, yaxşı komandadır. Biz də özümüzə inanırıq. Mənim üçün Çempionlar Liqası və buranın heç bir fərqi yoxdur. Əlimdən gələni edirəm ki, komandam qələbə qazansın. Sabahkı oyuna köklənmişik. Millətlər Liqasında rəqiblərimiz də çətin deyil. Çalışacağıq, qalib gələk".
Qeyd edək ki, "Palm Sport Arena"da keçiriləcək Azərbaycan - Tacikistan qarşılaşması sentyabrın 23-ü saat 20:00-da start götürəcək.