ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfəri çərçivəsində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə cümə günü Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət katibi Ankaraya martın 30-da yollanacaq. Tillerson orada Ərdoğanla yanaşı, digər yüksək vəzifəli şəxslərlə də görüşəcək. Görüşlərdə NATO çərçivəsində əməkdaşlıq və İŞİD terror qruplaşması ilə mübarizənin “gələcək yolları” müzakirə olunacaq.
Ardınca Tillerson NATO-nun baş qərargahına getmək üçün Brüsselə yola düşəcək.
N.O.
www.oxu.az