ABŞ ordusu İran ərazisinə yönəldilmiş növbəti hücumlar mərhələsini yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) yayıb.
"ABŞ Silahlı Qüvvələri ardıcıl olaraq İrana qarşı yeddinci gecə davam edən zərbələr dalğasını başa çatdırıb", - deyə komandanlığın "X" platformasındakı bəyanatında qeyd olunub.
Bildirilib ki, CENTCOM bölmələri tərəfindən müşahidə məntəqələri, hərbi logistika infrastrukturu, yeraltı silah anbarları və Hərbi Dəniz Qüvvələrinə məxsus vasitələr vurulub.
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbə dalğasına başlayıblar. Hücumlar artıq yeddinci gecə ardıcıl olaraq həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"CENTCOM bu gün ABŞ-nin Şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00 - red.) İrana qarşı yeddinci gecə ardıcıl olaraq yeni zərbə seriyasına başlayıb. Zərbələr İranın hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır", - deyə komandanlığın "X"dəki paylaşımında bildirilib.