ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını yekunlaşdırıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb.
Bildirilib ki, İrana qarşı axşam zərbələri dalğası ABŞ-nin Şərq sahili vaxtı ilə 15 iyul saat 21:00-da (Bakı vaxtı ilə 16 iyul saat 05:00-da) başa çatıb.
"ABŞ Silahlı Qüvvələri İranın komanda mərkəzlərini, hava hücumundan müdafiə sistemlərinin, raket və dronların dislokasiya yerlərini, eləcə də sahil müşahidə məntəqələrini hədəfə alıb. Bu səhər tezdən Amerika qüvvələri 90 dəqiqəlik dalğa ərzində Böyük Tunb adasındakı sahil müdafiə və kruiz raketləri məntəqələrinə zərbələr endirib", - deyə komandanlığın "X" platformasındakı məlumatında qeyd olunur.
CENTCOM-dan verilən məlumata görə, Amerika hərbçiləri əməliyyat zamanı yüksəkdəqiqlikli döyüş sursatlarından istifadə ediblər və zərbələr Bəndər-Abbas şəhəri də daxil olmaqla müxtəlif istiqamətlərdə endirilib.
ABŞ hərbçiləri İrana qarşı son sutka ərzində ikinci zərbə dalğasını həyata keçirməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00 - red.) ABŞ Silahlı Qüvvələri İrana qarşı ikinci zərbə dalğasına başlayıb. Zərbələr Hörmüz boğazından sərbəst keçən gəmilər üçün təhlükə yaradan İranın hərbi vasitələrini hədəf alır", - məlumatda bildirilib.
Birləşmiş Ştatların ordusu İran ərazisində yerləşən hərbi təyinatlı obyektlərə qarşı həyata keçirdiyi növbəti hücum əməliyyatlarını yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" hesabında məlumat yayıb.
"Doxsan dəqiqə davam edən əməliyyat çərçivəsində CENTCOM tərəfindən Böyük Tunb adasındakı sahil mühafizə sistemləri, qanadlı raket anbarları və onların buraxılış qurğuları yüksəkdəqiqli silahlarla hədəfə alınıb. Həyata keçirilən bu hücumlar İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə zərbə endirmək potensialını əhəmiyyətli dərəcədə azaldıb", - deyə açıqlamada qeyd olunub.
Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri İran İslam Respublikasının ərazisinə yeni zərbələr endirməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu məlumatı ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlayıb.
"Bu gün Şərq vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə 14:00) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı silsilə zərbələrə başlayıb. Bu əməliyyatlar Hörmüz boğazında ticarət gəmilərinə qarşı hücumlarda iştirak edən İran qoşunlarının hərbi gücünü daha da zəiflətməyə yönəlib", - deyə CENTCOM-un "X" sosial şəbəkəsində yayımladığı bəyanatda qeyd olunub.