ABŞ İranın qlobal maliyyə sistemi vasitəsilə yüz milyonlarla dollar köçürməsinə kömək etdiklərinə görə banklara, valyutadəyişmə məntəqələrinə və vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun bəyanatında bildirilib.
Bu tədbirlər çərçivəsində ABŞ Maliyyə Nazirliyi Tehrana neft satışından gəlir əldə etməyə və həmin vəsaitlərin yuyulmasına kömək edən valyutadəyişmə məntəqələri və saxta şirkətlər şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.
Tommi Piqott həmçinin qeyd edib ki, sanksiyalardan yayınmağa şərait yaradan banklar, valyutadəyişmə məntəqələri və vasitəçilər qaçılmaz olaraq ciddi nəticələrlə üzləşəcəklər. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək.