Cinayətkarlıqla mübarizə adı ilə Vaşinqtona göndərilən ABŞ Milli Qvardiyası ölkənin paytaxtının abadlaşdırılması proqramı çərçivəsində zibil yığılmasında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Qvardiyanın regional bölməsinin mətbuat xidməti "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Bundan əlavə, əsgərlər Lafayet meydanı ərazisindəki park ərazisinin və Ağ Evin yaxınlığındakı Milli xiyabanın təmizlənməsinə kömək ediblər. Tədbirdə ümumilikdə 110-a yaxın qvardiyaçı iştirak edib.
Qeyd olunur ki, ümumilikdə missiya 40-dan çox tapşırığın icrasını nəzərdə tutur.