ABŞ-nin ticarət, iqtisadi və maliyyə blokadası nəticəsində Kuba iqtisadiyyatına 2025-ci il martın 1-dən 2026-cı il fevralın 28-dək olan dövrdə 8,08 milyard dollar həcmində ziyan dəyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya bildirib.
Nazirin sözlərinə görə, bu rəqəm əvvəlki rekord ziyan göstəricisini 7% üstələyib.
Parrilya əlavə edib ki, ABŞ-nin onilliklər ərzində davam edən blokadası nəticəsində Kubaya dəyən ümumi zərər 178 milyard dolları keçib.
Qeyd edək ki, ABŞ-nin Kubaya qarşı iqtisadi embarqosu 1960-cı illərin əvvəllərindən qüvvədədir.