Sakit okeanın ABŞ-nin Oreqon ştatının sahillərində altı bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Tədqiqata görə, zəlzələnin episentri təxminən 16 100 nəfərin yaşadığı Kus-Bey şəhərindən 309 kilometr qərbdə olub. Episentr 7.1 kilometr dərinlikdə yerləşib.
Heç bir ölüm və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.