Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
ABŞ pasportlarında ciddi dəyişiklik edilir
ABŞ Dövlət Departamenti Prezident Donald Trampın yalnız kişi və qadın cinslərinin tanınması haqqında fərmanından sonra pasportlarda cins dəyişikliyi ərizələrinə və "cins" qrafasında tire olan şəxsiyyət vəsiqələrinin verilməsinə baxmağı dayandırıb.
Oxu.Az-ın "The Guardian"a istinadən məlumatına görə, bu barədə göstəriş ABŞ dövlət katibi Marko Rubio tərəfindən verilib.
"Amerika Birləşmiş Ştatlarının rəsmi siyasəti ondan ibarətdir ki, insanın cinsi dəyişdirilə bilməz. (Pasportlarda) "gender" deyil, "cins" sözündən istifadə edilməlidir", - deyə sənəddə qeyd olunub.
Yanvarın 21-də Tramp ABŞ-də iki dəyişməz cinsin - kişi və qadın cinslərinin tanınması və "gender ideologiyası" adlanan konsepsiyadan imtina edilməsi haqqında fərman imzalayıb. Bundan sonra kişilərin özlərini qadın, qadınların isə kişi kimi təqdim edə bilməsi barədə ideologiyanın tərəfdarlarının iddiası yalan hesab edilir. Bütün federal qurumlara gender ideologiyasını təbliğ edən və ya təlqin edən bütün məlumatları silmək tapşırılıb, həmçinin bu ideyaların yayılması üçün dövlət maliyyələşdirilməsindən istifadə etmək qadağan edilib.
Həmçinin dövlət vəsaiti hesabına cins dəyişdirmə tibbi prosedurlarının aparılması da qadağan edilib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Trampdan iddialı çıxış: "Yaxın gələcəkdə ölkəmizin ərazisi əhəmiyyətli dərəcədə böyüyə bilər"
- ABŞ-nin yeni administrasiyası tarixə düşəcək
- Trampı öldürmək istəyən şəxs ələ keçdi
- Azərbaycanın iqtisadi imkanları qlobal dialoq platformasında - "Kaspi"nin TƏHLİLİ
- Donald Tramp: "Los-Ancelesə sanki "bomba düşüb"
Rəylər