ABŞ Senatı Kirsten Nilsenin daxili təhlükəsizlik naziri vəzifəsinə namizədliyini təsdiq edib.
Oxu.Az-ın "Associated Press"ə istinadən məlumatına görə, Nilsenin lehinə 62, əleyhinə isə 37 senator səs verib.
Qeyd edək ki, o, daha əvvəl Ağ Ev Aparatının rəhbəri Con Kellinin müavini vəzifəsini icra edib.
Nilsenin daxili təhlükəsizlik naziri vəzifəsinə namizədliyini oktyabrın 12-də prezident Donald Tramp irəli sürüb.
N.O.