Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ və Çin ticarət danışıqlarının ikinci raundu keçirilib
Londonda ABŞ və Çin arasında ikitərəfli ticarət mübahisələrinin həllinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu keçirilib.
Oxu.Az xəbər verir ki, məlumatı "Associated Press" yayıb.
Məlumata görə, müzakirə olunan məsələlərə tariflər, nadir torpaq elementləri üzrə ixrac məhdudiyyətləri, avtomobil istehsalçılarını və digər sənaye sahələrini narahat edən qabaqcıl texnologiyalar daxildir.
Qeyd olunur ki, danışıqlar çərşənbə axşamı, iyunun 10-da davam edə bilər.
ABŞ və Çin nümayəndə heyətləri Londonda ticarət danışıqlarının ikinci raunduna başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Pekini Çinin baş nazirinin müavini He Lifen təmsil edir. ABŞ nümayəndə heyətinin tərkibinə maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Vaşinqtonun ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir daxildirlər.
Qeyd edək ki, Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də Cenevrədə keçirilmiş danışıqlardan sonra yaradılıb.