Türkiyənin Adana şəhərində təqaüddə olan 52 yaşlı polis əməkdaşı Faruk Kayhan 23 yaşlı oğlunu odlu silahla qətlə yetirib.
Oxu.Az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bildirilib ki, narkotik asılılığından əziyyət çəkən oğlunu öldürəndən sonra o, polisə könüllü təslim olub.
Hadisə Sarıçam rayonunun Gültepe məhəlləsindəki Elif Su Uludağ küçəsində qeydə alınıb. Məlumata görə, sabiq polis Faruk Kayhan pul istəyən oğluna yox cavabı verdikdən sonra tərəflər arasında mübahisə yaranıb və o, atasına bıçaqla hücum çəkib. Bu zaman Faruk Kayhan üzərindəki tapançadan oğluna bir neçə dəfə atəş açaraq öldürüb. Bundan sonra dərhal polisə xəbər verib və cəsədin yanında gözləyib.
Əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası cəlb edilib. Tibb işçiləri 23 yaşlı gəncin hadisə yerində öldüyünü təsdiqləyiblər.