ABŞ administrasiyası Konqresdən əlavə olaraq 87.6 milyard dollar maliyyə vəsaiti ayrılmasını istəyib. Bura İranla müharibə xərcləri də daxildir.
Oxu.Az xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Məlumata əsasən, bununla bağlı müvafiq sorğunu Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Rassel Vout Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərib. Sənəddə qeyd olunur ki, Pentaqona sursat alınması və ABŞ-nin sənaye bazasının gücləndirilməsi üçün 21 milyard dollar lazımdır. Daha 1,4 milyard dollar Ebola virusu ilə mübarizəyə, 768 milyon dollar isə nüvə və enerji təhlükəsizliyinin təmin edilməsinə yönəldilməlidir.
Bundan əlavə, ABŞ fermerlərinə dəstək məqsədilə 10 milyard dollar, Vaşinqtonda bərpa və tikinti layihələrinə 500 milyon dollar, Nyu-Yorkdakı dəmir yolu vağzallarından birinin yenidən qurulmasına isə 1 milyard dollar tələb olunduğu bildirilir.