ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində yeni helikopter meydançasının açılışını edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına, oradan isə Nyu-Yorka yola düşməzdən əvvəl inşaatçıların iştirakı ilə helikopter meydançasına aparan döşənmiş cığırın üzərindəki lenti kəsib.
Mərasim Trampı gözləyən yeni "VH-92A Patriot" prezident helikopterinin fonunda keçirilib.
ABŞ prezidenti mərasim zamanı iştirakçılara qısa nitq söyləsə də, mühərriklərin səsi səbəbindən onun dediklərini eşitmək mümkün olmayıb.