Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Avropa Sülh Fondundan 6.6 milyard avro ayrılmasını razılaşdırıblar.
Oxu.Az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb.
Onun sözlərinə görə, vəsaitin 900 milyon avrosu Ukraynaya hərbi yardım missiyasına, bir milyard avrosu yeni birgə avadanlıq alışlarına, 4.7 milyard avrosu isə Aİ ölkələrinin xərclərinin kompensasiyasına yönəldiləcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Aİ Ukraynaya PUA və raketlərin, o cümlədən ABŞ-nin "Patriot" sistemləri üçün sursatların alınmasına daha 3.3 milyard avro ayıracağını elan etmişdi.