Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aİ qaçqınların deportasiyası ilə bağlı qaydaları sərtləşdirir
Avropa İttifaqının Şurası daxili işlər nazirləri səviyyəsində cümə günü miqrantların qaytarılması haqqında direktivanı bir daha nəzərdən keçirməklə bağlı razılıq əldə edib.
Oxu.Az-ın məlumatına əsasən, Aİ düşünür ki, miqrantların geri qaytarılmasının effektliyinin artırılması kontrabandçıların biznes-modelinin sındırılmasının ən yaxşı yoludur.
Beləliklə, sığınacaq axtaranların imtina cavabı aldıqdan sonra digər Aİ ölkələrinə keçə və ya gizlənə bilməmələri üçün deportasiya dustaqxanasında saxlanılmanın minimal müddəti üç ay təşkil edəcək. Deportasiya dustaqxanalarında saxlanılmanın maksimal müddəti isə altı ay, xüsusi hallarda isə bir ilə qədər təşkil edə bilər.
Son tədbir kimi bu cür miqrantların “istənilən təhlükəsiz üçüncü” ölkəyə göndərilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Aİ Şurası bir daha nəzərdə keçirilmiş direktivanı Avropa Parlamenti ilə razılaşdırmalıdır.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
Rəylər