Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Aİ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək?](https://images.oxu.az/2025/02/13/iGgcbsmlRGtZpwYk0Ge06TPYao9MzEdLegjK74mv:1200.jpg)
Aİ Rusiyaya qarşı sanksiyaları davam etdirəcək?
Avropa İttifaqı (Aİ) Rusiyanın qalıq yanacağından imtina kursuna sadiq qalacaq və ölkəyə qarşı sanksiyaların, o cümlədən enerji sahəsində məhdudiyyətlərin tətbiqini davam etdirəcək.
Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Paula Pinyu brifinqdə bildirib.
"Bizim Rusiyaya qarşı enerji sahəsində sanksiyalarımız qüvvədədir və bu, REPowerEU-nun (Aİ-nin enerji müstəqilliyi planı) məqsədlərində göstərildiyi kimi, Rusiyanın qalıq yanacağından asılılıqdan tədricən azad olmaqla bağlı kursumuzun bir hissəsidir. Bu, enerji daşıyıcılarından mərhələli şəkildə tam imtinanı nəzərdə tutur", - o qeyd edib.
Pinyu əlavə edib ki, Aİ Rusiyadan qalıq yanacaq idxalından tədricən imtinaya töhfə verəcək 16-cı sanksiya paketini müzakirə edir.
"Rusiyaya qarşı sanksiyalar" teqi üzrə xəbərlər
- Bir qrup Azərbaycan QHT-si ABŞ-nin vitse-prezidentinə Ermənistanla bağlı AÇIQ MƏKTUB yazıb
- Ermənistan iqtisadiyyatı İran və Rusiyaya görə təhlükə altındadır
- "Lukoil"in rəhbəri dəyişdi
- Avropada Rusiyanın xəbər "Telegram" kanalları bağlanır
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
Rəylər