Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Almaniya İrandakı səfirini geri çağırdı
Almaniya iranəsilli vətəndaşının Cəmşid Şarməhdin edam edilməsinə görə İrandakı səfirini geri çağırıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Eyni zamanda, Berlinin edama etirazını çatdırmaq üçün İranın müvəqqəti işlər vəkili Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, ötən gün Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd İranda edam edilib. Cəmşid Şarməhd 2020-ci ildə BƏƏ-yə səfəri zamanı oğurlanaraq zorla İrana aparılıb. 2023-cü ilin fevralında İran məhkəməsi onu milli təhlükəsizliyə təhlükə törətməkdə ittiham edərək edam cəzasına məhkum edib. Cəmşid Şarməhd 2008-ci ildə Şirazda dini mərkəzdə 14 nəfərin ölümü və 215 nəfərin yaralanması ilə nəticələnən ölümcül partlayış hadisəsində günahlandırılan Tondar adlı monarxist qrupa rəhbərlik etməkdə təqsirli bilinib.
"Almaniya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Almaniya: Kasıb gəncləri olan varlı ölkə
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
Rəylər