Almaniyada qaçqınlar üçün mərkəzlərin birində güclü yanğın baş verib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Xəbər verildiyi kimi Frankfurt-na-Maynedən 30 km-də yerləşən Heppenhaym şəhərində yerləşən bina alışıb.
Polis 60-dan çox adamı təxliyyə edib, onların arasında 10 nəfərdən çoxu xəsarət alıb.
Məlumatda xəsarət alanlardan birinin xəstəxanaya, yanan binadan çıxmağa çalışarkən aldığı ciddi yaralarla çatdırıldığı bildirilir.