“Dərin sulu üfüq” filmini DVD-də icarəyə götürən ABŞ sakini qutunun içində bir neçə iyirmi dollarlıq əskinaslar və Markos adlı şəxsdən məktub aşkar edib.
Oxu.Az bu barədə “The Sun”a istinadən xəbər verir.
Filmi icarəyə götürən xanımın Liz adlı qızı DVD qutusunun və onun içindəkilərin şəklini “Twitter” hesabında paylaşıb.
“Mənim anam sadəcə dincəlmək və filmə baxmaq istəyirdi, amma bunun əvəzində Allah ona daha çoxunu qismət etdi. Markos təşəkkür edirəm sizə, kimsən bilmirəm, amma Tanrı yardımçın olsun deyirəm”, - o yazıb.
“Mən hər ay gəlirimdən 100 dollar ayırıram və onu tanımadığım insanlara verirəm. Bu ay ənənəni dəyişmək və pulu Redbox DVD icarəsində qutuya qoymaq qərarına gəldim. 2017-ci ildə pul ötürdüyüm ilk şəxs sizsiniz!”.
N.O.
www.oxu.az