Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Apple" şirkətinin səhmləri tarixi maksimuma çatdı
"Apple" WWDC-də bir neçə süni intellekt (AI) funksiyasını elan etdikdən sonra şirkətin səhmləri 7% artaraq hər bir səhm üçün 207 dollara (təxminən 352 manat) yüksəlib.
Qeyd olunur ki, bu xəbər investorlar və analitiklər arasında şirkətin süni intellekt sahəsindəki perspektivləri ilə bağlı nikbinliyə səbəb olub.
Əsas elanlara genişləndirilmiş imkanlara malik yenilənmiş "Siri" səsli köməkçisi, kontekstli dialoq üçün "OpenAI"nin məşhur "ChatGPT" modeli ilə inteqrasiya, mətnlərin yazılması və şəkillərin yaradılmasına kömək etmək üçün alətlər, həmçinin istifadəçi sorğuları əsasında emojilərin generasiyası daxildir.
Mənbə: CNBC
"Apple şirkəti" teqi üzrə xəbərlər
- ABŞ korporasiyaları Trampın inaqurasiya mərasiminə rekord məbləğdə sərmayə qoyub
- "iPhone" istifadəçilərinə XƏBƏRDARLIQ: Təcili olaraq iOS yenilənməlidir
- "iPhone"un kult modeli rəsmi olaraq köhnəlmiş elan edildi: Təmiri məhdudlaşdırılır
- "Apple" Çini Hindistana dəyişir
- "iPhone"lar üç dəfə bahalaşa bilər