Avropa İttifaqı Kataloniya parlamentinin müstəqillik haqqında Bəyannamə qəbul etməsinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə APA "Hürriyet"-ə istinadən məlumat yayıb. Qeyd edilir ki, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Kataloniynın müstəqillik elan etməsinin Avropa İttifaqı üçün heç nəyi dəyişdirməyəcəyini bidirib.
O, Aİ-nin yalnız İspaniya mərkəzi hökuməti ilə əlaqələri davam etdirəcəyini söyləyib: “Bizim tərəfdaşımız İspaniya olaraq qalacaq”.
L.Ə.