Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avropa İttifaqı missiyasından Azərbaycana qarşı növbəti təxribat
Ermənistandakı Avropa İttifaqı missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar.
Oxu.Az bu barədə "Trend"ə istinadən xəbər verir.
Belə ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç "müşahidəçisi" Aİ-yə məxsus bir ədəd "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəlib.
Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.
Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.
Sözügedən görüntülərini təqdim edirik:
Xatırladaq ki, Ermənistan ərazisində yerləşdirilən Aİ "missiyası" bölgəyə gəldiyi gündən ölkəmizə qarşı dəfələrlə bu tipli təxribatlar edib. Sonuncu dəfə, oktyabrın 29-da isə Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gələn üç missiya avtomobilindən birinin üzərində Fransa bayrağı dalğalanıb.