Avropa İttifaqı Rusiya ilə əlaqələndirilən "kölgə donanması"na aid daha bir gəmini ələ keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.
"Beynəlxalq dəniz hüququnu pozaraq saxta bayraq altında üzdüyü ehtimal edilən "MV SUN" neft tankeri bayrağının yoxlanılması məqsədilə avqustun 30-da Aralıq dənizində IRINI əməliyyat qüvvələri tərəfindən göyərtəsinə çıxılaraq yoxlanılıb", - deyə məlumatda bildirilir.
Kallasın sözlərinə görə, "MV SUN" son aylarda Aİ qüvvələri tərəfindən yoxlanılan "kölgə donanması"nın artıq altıncı gəmisidir. Onun sözlərinə görə, bu məsələ sentyabrın 1-də İrlandiyada keçiriləcək sammitdə Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirləri tərəfindən müzakirə olunacaq.