İspaniya La Liqasının 3-cü turunda "Barselona" - "Rayo Valyekano" matçı keçirilib.
Oxu.Az xəbər verir ki, qarşılaşma katalonların qələbəsi ilə başa çatıb - 5:2.
Qonaqlardan Serxio Kamelyo dubla imza atıb (12-ci və 59-cu dəqiqələr).
Ev sahiblarindən isə Rafinya (19 və 71-ci dəqiqələr) və Lamin Yamal (21 və 90-cı dəqiqələr) dublla yadda qalıblar. 51-ci dəqiqədə "Rayo Valyekano"dan Floryan Lejyon topu öz qapısından keçirib.
Qeyd edək ki, ardıcıl üçüncü oyunda da rəqibini məğlub edən "Barselona"nın hesabında 9 xal var. "Rayo Valyekona" isə eyni sayda oyuna cəmi 1 xal toplayıb.