Moskvanın “Lokomotiv” futbol klubunun azarkeşləri klubu tərk edib “Spartak”a keçən yarımmüdafiəçi Aleksandr Səmədovla qeyri-adi şəkildə vidalaşıblar.
Oxu.Az bu barədə Haqqin.az-a istinadən xəbər verir.
Banerlərə “Əlvida Moskva köpəyi!” yazan azarkeşlər Səmədovun oynadığı Moskva klublarının loqotiplərini də qeyd ediblər. Bu, Səmədovun karyerasına başladığı “Spartak”, hazırda mövcud olmayan “Moskva”, həmçinin Moskvanın “Dinamo” klubudur.
Azakeşlər, həmçinin Səmədovun milli mənsubiyyətinə də söz atıblar, onlar banerdə qarpız şəkili çəkərək “Lokomotiv”də daşıdığı 19 nömrəsini yazıblar.
Səmədovun baş məşqçi ilə münaqişəsi yaranıb. Bir neçə gün öncə, o, dubla keçirilib və Rusiya çempionatında “Terek” ilə oyuna düşməyib.
Rusiya KİV artıq Aleksandrın “Spartak” ilə şərtlərindən yazıb. Rusiya yığmasının oyunçusunun razılaşması 2 il yarıma nəzərdə tutulub. Səmədovun “Spartak”dakı maaşı ildə 1,8 milyon avrodan ibarət olacaq. “Lokomotiv”də o, ildə 2 milyon, eləcə də şəxsi və komanda nailiyyətlərinə görə bonuslar alırdı.

N.O.
www.oxu.az