“İslahat aparmaq istəməyən yunan hakimiyyətinin atdığı addımlar ölkədən investorların qaçmasına səbəb olur”.
Oxu.Az Yunanıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə yunan müxalifətinin lideri Kiriakos Mitsotakis bəyan edib.
Nümunə qismində isə siyasətçi DESFA yunan qaz operatorunun Azərbaycanın neft şirkəti SOCAR ilə baş tutmayan sazişini göstərib.
“Baş nazir Aleksis Tsipras islahatların keçirilməsində maraqlı deyil, bununla əlaqədar investorlar Yunanıstanı tərk edirlər.
Sabiq energetika naziri Panos Skurletis isə DESFA və SOCAR arasında sazişin baş tutmamasına birbaşa məsuliyyət daşıyır. İnvestorun ölkədən getməsi hökumətin məğlubiyyətidir”, - o deyib.
Qeyd edək ki, bu ərəfədə SOCAR yunan qaz operatoru DESFA-nın alınmasına dair sazişin baş tutmadığını elan etmişdi.
N.O.
www.oxu.az