43 ölkədən olan nümayəndələr sentyabr ayında Rusiya Dövlət Dumasına seçkiləri müşahidə edəcək.
Oxu.Az “Kommersant”a istinadən xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) müvafiq təklifi 43 ölkəyə, o cümlədən də Azərbaycana göndərib.
Qeyd edilir ki, Dövlət Dumasına seçkiləri müşahidə edəcək ilk qrup Rusiyaya avqustun 10-da gələcək. Səsvermə günü – sentyabrın 18-də Rusiyaya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan 420 ekspert və MDB ölkələrindən müşahidəçilər gələcək.