Azərbaycanda gizlənən şəxs tutularaq Türkiyəyə ekstradisiya edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd edilib ki, 76 cinayətkar Türkiyəyə ekstradisiya olunub ki, onların da 29-u İnterpolun qırmızı bülleteni xətti ilə, 47-si isə milli səviyyədə axtarışda olan şəxslərdir.
Qeyd olunur ki, təqsirləndirilən şəxslərin əksəriyyəti Gürcüstandan (61 nəfər) ekstradisiya ediliblər. Bundan əlavə, Yunanıstan, Almaniya (hərəsindən 4 nəfər), Fransa, ABŞ (hərəsindən 2 nəfər), Böyük Britaniya, Serbiya və Azərbaycanda (hərəsindən 1 nəfər) axtarışda olan şəxslər tutularaq ölkələrinə təhvil veriliblər.
