Qırmızı bülletenlə beynəlxalq axtarışda olan "Daltonlar" mütəşəkkil cinayətkar təşkilatının üzvü Gökhan Şahin Gürcüstandan Türkiyəyə ekstradisiya edilib.
Oxu.Az-ın "Hürriyet" nəşrinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyindən məlumat verilib.
"Təhlükəsizlik Baş İdarəsi, İnterpol Avropol Departamenti və Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə aparılan işlərin nəticəsi olaraq, narkotik və ya stimullaşdırıcı maddələrin ticarəti və ya təmin edilməsi, bıçaq və ya digər alətlərin icazəsiz satılması, satın alınması, daşınması və ya saxlanması cinayətlərinə görə qırmızı bülletenlə beynəlxalq axtarışda olan "Daltonlar" mütəşəkkil cinayətkar təşkilatının üzvü Gökhan Şahin Gürcüstandan ölkəmizə ekstradisiya edildi", - deyə məlumatda bildirilib.