Bağdadın əhalinin sıx olduğu rayonunda baş verən partlayış nəticəsində ən azı 12 nəfər ölüb, daha 28 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Assoşieyted Press”ə hüquq-mühafizə orqanlarında olan mənbələr və həkimlər bildiriblər.
Partlayıcı ilə dolu olan avtomobil bazar ertəsi Əl-Karrada rayonunda parkinqlərin birinin yanında partlayıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.