ABŞ prezidenti və avropalı liderlər Nobel sülh mükafatının laureatı Nelson Mandela ilə vida mərasimində vaxtı boş yerə itirməyiblər.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, Barka Obama həmin mərasimdə “selfi” üslubunda şəkil çəkdirib.
ABŞ prezidenti Danimarkanın baş naziri Helle-Torninq-Şmitt və Britaniya hökumətinin başçısı Devid Kemeronun iştirakı ilə şəkil çəkdirib.
Obamanın həyat yoldaşı Mişel “selfi”də iştirak etməyib, Time qeyd edir.
Qeyd edək ki, CAR-ın keçmiş prezidenti ilə vida mərasimi dekabrın 10-da baş tutub. Mandela ilə vidalaşmaq üçün onlarla dünya lideri və tanınmış şəxslər gəliblər. Barak Obama mərasimdə hətta şer də oxuyub.