Müğənni Vasif Məhərrəmli atmacalı açıqlamalar verib.
Oxu.Az xəbər verir ki, “İctimai” telekanalda yayımlanan “TVR klub” verilişinin qonağı olan Vasif Məhərrəmli şou-biznes nümayəndələri haqqında bunları söyləyib:
“Səmimiyəm və ikiüzlü deyiləm. Kimə sözüm varsa, çəkinmədən üzünə deyirəm. Məni bir çoxlarından fərqləndirən xüsusiyyətlər elə bunlardır. Həm də mən geyim tərzimlə seçilirəm. Səhnədə rəngarəngliyə üstünlük verirəm. Libaslarımı zövqlə seçirəm. Bu gün səhnədə çox zövqsüz müğənnilər var. Əgər bir insanın geyimində üç fərqli rəng varsa, bu onun zövqsüzlüyündən xəbər verir”.
Aytən Sadıqzadə
www.oxu.az