Türkiyənin Iğdır vilayətində beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, insan alveri, eləcə də fahişəliyə cəlb etmə cinayətləri üzrə barəsində 43 il 3 ay 10 gün həbs cəzası və 12 480 TL (486 AZN - red.) məbləğində pul cəzası hökmü çıxarılmış 53 yaşlı N.S. Iğdır-Naxçıvan avtomobil yolunda keçirilən qəfil yoxlama zamanı ələ keçib.
Iğdır'da uluslararası seviyede aranan Azerbaycan uyruklu şahıs yakalandı
— Türk Dünyasından Haber (@turkdunyasih) February 5, 2026
Detaylı: https://t.co/1NTxro6rhm#Iğdır #oxuaz pic.twitter.com/KUghzgacqK
Barəsində aparılan hüquqi prosedurlardan sonra o, həbs edilərək cəzaçəkmə müəssisəsinə təhvil verilib.