"Bavariya"nın qapıçısı Sven Ulrayx cari mövsümün sonunda təqaüdə çıxacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb.
Qolkiperin Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir və heç bir tərəf müqaviləni uzatmaq istəmir.
Məlumata görə, Ulrayx klubda fərqli bir rolda qalacaq.
Qeyd edək ki, Sven Ulrayx "Ştutqart"ın yetirməsidir. O, 2015-2020-ci illərdə "Bavariya"da top tutub, daha sonra "Hamburq"a keçib. 2021-ci ildə isə yenidən Münhen klubuna qayıdıb.
Ulrayx "Bavariya" ilə səkkiz Almaniya çempionluğu, üç Almaniya Kuboku və altı Almaniya Super Kubokunu qazanıb. O həmçinin Münhen komandası ilə Çempionlar Liqası və UEFA Super Kubokuna yiyələnib.